Nadir: “Özü aşiq-məşuqda sayı itirib, amma camaata dərs keçir!”

O bu sayaq verilişlərə müraciət edənləri qonaqların ittiham etməsini düzgün saymayıb:
“Həm də həmin adamın üstünə kimlər gedir... Baxırsan, öz ailəsi yoxdur, amma ailə dərsi keçir. Axı özün başdan-ayağa problemsən. Əvvəlcə özünü tərbiyələndir, sosiallaşdır, problemini həll et, sonra mənə dərs keç!
Biri studiyada oturub, tanıyıram o kimdir, aşiq-məşuqunun sayı hesabı yoxdur. Amma camaata əxlaq dərsi keçir. Stop! Olmaz! O insanlar bədbəxtdir. Problemi olana kömək edə bilirksə, edək. Edə bilmiriksə, sənə kim ixtiyarı verib, üstünə qışqırıb alçaldırsan. Allahdan qorx!”