Nura Suri Ulvira ilə buna görə qalmaqal yaşayıb - VİDEO

“Verilişə girdim gördüm ki, studiyada 8 nəfər var. Gəldim Əfruzəyə dedim ki, bu nə verilişdir? Dedilər bizdə format belədir. Dedim mən gedirəm. Əfruzə xahiş etdi ki. Nə olar, bir az otur, belə getmə. Heç olmasa nə isə de get, ayıbdır, camaat bilməyəcək nə baş verir. Reklam vaxtı dedim ki, yox, mən getmək istəyirəm. Əfruzə dedi ki, reklam vaxtı getmə, heç olmasa, sözünü de, sonra get, bu həm də reytinqdir.
Reklamdan sonra kamera önündə sözümü deyib getdim ki, bu nə verilişdir məni çağırmısınız? Özü də çox çeynənmiş mövzu ətrafında danışılırdı. Hamı bilir ki, xaricdəki diplomlar burada tanınmır, burada oxuyanların diplomu da xaricdə tanınmır”.
O, aparıcıya ona “sən” deyə müracət etdiyi üçün əsəbiləşdiyini açıqlayıb:
“Bundan başqa mənə təsir edən müraciət şəkli oldu. Ulvira mənim rəfiqəm deyil, mənim onunla heç bir münasibətim yoxdur və mənə efirdə “sən” deyə müraciət edir. Birincisi, niyə o biri qonağa “siz” deyib, mənə çatanda “sən” deyirsən?!”