Şəbnəm Tapdıq: “Toylara getmirəm, öz yerimə başqa müğənnini göndərirəm” - VİDEO

Yenilik.az xəbər verir ki, sənətçi “Tarixin bir günü” verilişində bildirib ki, dəvət olduğu toylara getmir, əvəzinə gənc həmkarlarını.
“Məni toylara çağırırlar. Amma özüm getmirəm. Yerimə isə o toylara başqa müğənniləri göndərirəm. Hər şeyi indi açıb deməliyəm? Mən toylara getmirəm. Efirə çıxdığım gündəm hər zaman məni toylara dəvət ediblər.
Gül kimi müğənnimiz var Rühəngiz Musəvi. O özü məni toya aparanda, görürdü necə məclis keçir, camaat nə deyir və məni necə alqışlayırdılar. Amma mən hər zaman demişəm ki, dəvət olduğum toylara yerimə başqa müğənniləri göndərmişəm”, - deyə Şəbnəm vurğulayıb.