Aktrisa: “Azərbaycanda “mamauşağı” olmayan, “ana qurban”la böyüməyən çox az kişi var”

Pravda.az xəbər verir ki, bu sözləri aparıcı, aktrisa və influenser Turanə Hüseynli “Podkast kimi adam” layihəsinin yeni buraxılışında deyib.
“18 yaşında hansı qızları ərə verirlər, o qızlar deyirlər ki, yaxşı, bunu qəbul etməliyəm, bu cür yaşamalıyam, həyat yoldaşım nə deyirsə, o... Amma sən tam formalaşanda əksər kişi qəbul edə bilmir ki, necə başı dik-dik gedən qızla ailə qurum, axı həmişə sözümdən çıxacaq. Formalaşıb, ayaqlarının üzərində dayanır, özü pul qazanır, əlbəttə, ona pis davransam, çıxıb gedəcək. Hansı kişinin eqosu bunu götürür? Heç kimin. Azərbaycanda “mamauşağı” olmayan, “ana qurban”la böyüməyən, xarakterli, özünə güvənən, eqolarının qurbanı olmayan, nə istədiyini dəqiq bilən çox az kişi var ki, o, həyatında olan qadının məhz mənim kimi qadın olması ilə fəxr edir. Deyir ki, mən bu qadınla həyatımı birləşdirərəm, çünki özügüvənlidir, ayaqları üzərində dayanır, mənim həyatıma belə bir partnyor lazımdır, fəxr edirəm ki, belə bir partnyorum var. Onda həyat müştərək olur, sən qarşılıqlı enerji alış-verişi edirsən, digər həyat paylarını bölməyə başlayırsan. Bu yaşda belə bir partnyor tapmaq, onunla rastlaşmaq ehtimalı get-gedə azalır. Buna görə ailə qurmaq ehtimalı da azalır...” - o qeyd edib.