İnternat məktəbində böyüyən Bahar anasından danışıb kövrəldi

İnternat məktəbində böyüyən Bahar anasından danışıb kövrəldi Müğənni Bahar Lətifqızı anası üçün ad günü keçirib.
Axşam.az xəbər verir ki, həmin görüntülər "Günə son" proqramında yayımlanıb. 5 yaşından internat məktəbində böyüyən ifaçı anasından danışıb kövrəlib:
"Anam epilepsiya xəstəsi idi. Atamla ayrıldılar. Məni isə atama vermədilər, olmazdı. Mən qardaşımla birlikdə internat məktəbində böyüməli idik. Anam da yanımıza gəlirdi. O yaşda uşağın ən böyük arzusu nə olur? Anası yanında olsun, səhər geyindirib, məktəbə yola salsın. 
"Ananı bağışlayarsan" sözü mənə çatmır. O ananı bağışlamaq olmur ki, sağlamdır, uşağı ataya və ya zibilliyə atır. Anam ən azından 5 yaşıma qədər məni dizlərində yatızdırıb".

Geri qayıt