“İkisinin də vəziyyəti yaxşı deyil”

O bildirib ki, yataq xəstəsi olan Ağakərimin qulluğunda övladları durur:
"Halal olsun onlara. Ağakərim insanları tanımır. O illər əvvəl insult keçirib. Şəkər xəstəsidir, təzyiqi var".
Ağamirzə digər həmkarı Xəyyamın da səhhətinin ağır olduğunu vurğulayıb:
"Xəyyamın da ürəyində problem var. O günlərlə xəstəxananın reanimasiya şöbəsində yatdı. Həkim onu evə buraxdı. Sosial şəbəkə vasitəsi ilə ona görə müraciət də etdim ki, Xəyyama dəstək olsunlar. Digər meyxanaçılar da mənim müraciətimi sosial şəbəkə hesablarında paylaşıb, dəstək oldular. Xəyyamın çox gözəl səsi var. Onun 30-dan bir az artıq yaşı var. Xəyyam gözəl meyxanaçıdır".
Qeyd edək ki, meyxanaçı Xəyyam bir neçə gün əvvəl ürək şikayətləri ilə təcili xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır. O, 2018-ci ildə ürəyindən "anjua" olunmuşdu.