“Tünzalə Ağayeva! Sən Xalq artistisən deyə, bu cür olmalısan?!” - VİDEO 

<strong>“Tünzalə Ağayeva! Sən Xalq artistisən deyə, bu cür olmalısan?!” - VİDEO</strong> 
Şair, jurnalist Anar Vəziroğlu Xalq artisti Tünzalə Ağayevanı sərt şəkildə tənqid edib. 
Yenilik.az xəbər verir ki, bu barədə o, ekspert qismində iştirak etdiyi “Elgizlə izlə” ictimai-sosial verilişində danışıb.A. Vəziroğlu sənətçinin açıq-saçıq geyimini qınaq atəşinə tutub:“Kim nə deyirsə, desin, amma geyim özü bir əxlaqdır. Xalq artisti Tünzalə Ağayevaya bu zamana qədər, yəni rayondan Bakıya gələnə qədər hamı ona baxırdı. O, adama ləzzət edirdi. Haqqında xoş sözlər deyirdilər. İndi isə açıq-saçıq geyimlər geyinir. İndi siz onun o açıq-saçıq geyimlərini xoşlayırsınız? Tünzalə Ağayeva! Sən Xalq artistisən deyə, bu cür olmalısan?!”
Geri qayıt