Ülvi Qılınc: “Aygün Kazımovanı diva hesab etməyə məcburam?”

Pravda.az xəbər verir ki, bu sözləri məşhur “O Səs Türkiyə” layihəsinin iştirakçılarından olan tanınmış opera müğənnisi Ülvi Qılınc “Space” televiziyasının efirində deyib.
“Məsələn, Ajda Pekkan divadır. Xanım 74 yaşındadır, ortada canlı performansı var. Bizdə diva Əzizə Mustafazadədir. Oxumaqdırsa, oxuyaq. Oxumaq deyilsə, yalandan nominasiya, ad xatirinə ad qoymayaq. Aygün Kazımovanı diva hesab etməyə məcburam? Ola bilər, o, kiminsə üçün ulduz olar. Bu, mənim şəxsi fikrimdir. Mənim üçün Fidan Qasımova, Xuraman Qasımova divadır. Rəhmətlik İlhamə Quliyeva da öz sənətində diva idi. Bu mənim şəxsi fikrimdir. Kimisə diva hesab etməyə məcbur deyiləm”, - Ü.Qılınc bildirib.