Elzadan bayağı ifaçılara: “Manqurtlar - görməmiş kimi...” - VİDEO

Sənətçi bayağı ifaçıları manqurt adlandırıb:
"Onlar savadsız yox, manqurtdurlar. Manqurt isə nə öz adət-ənənəsini, nə öz musiqisini, nə də ki, öz milli-mənəvi dəyərlərini tanıyır, bilir. Belələri hər şeyini itiriblər. Manqurtlar görməmiş kimi evlərini, avtomobillərini nümayiş etdirirlər. Özlərini xeyriyyəçi kimi televiziyalara çıxıb nümayiş edirlər. Özlərini imkanlı təqdim edirlər. Belə şəxslər çoxdanın qocalmışlarıdır. Onlara bilmirəm, qartımış deyim və ya sonradan görmüşlər deyim. Bunlar hər şeydən dönmələrdirlər. Abır-həyaları da yoxdur".