Ülviyənin həyat yoldaşı faciəvi şəkildə ölüb - Hadisədən 15 dəqiqə qabaq zəng etdi...

Xanım ifaçı ilk həyat yoldaşının faciəvi ölümündən danışarkəm gözyaşlarını saxlaya bilməyib:"O hadisədən sonra 3 il oxumadım. Hadisə gecə saatlarında baş verdi. Ölümündən 15-20 dəqiqə öncə mənə zəng vurdu. Küsülüydük həmin günü, biraz inciklik olmuşdu. Mənə "həyatımın keyfi" dedi. Mən də biraz acıladım. Ona görə özümü bağışlaya bilmirəm. Kaş ki, onunla o vaxt danışardım. O mənimlə küsülü dünyasını dəyişdi".
Qeyd edək ki, müğənni ikinci dəfə ailə həyatı qurub. Onun bu evlilikdən də bir övladı var.