“Çoxunuz yazırsız ki, toy saxtadır” - Razidən haqqında yazılanlara reaksiya - VİDEO

"Yazdığınız bütün şərhlərinizi oxuyuram. Çoxunuz yazırsınız ki, bəy və nikahım "fake"dir (saxtadır - red.). Əgər sizə bu düşüncələrlə yaşamaq rahatdırsa, bu düşüncə ilə də yaşayın. Demək istəyirəm ki, bu gün həyatımın ən xoşbəxt günüdür. Mənə görə sevinən hər kəsə minnətdarlığımı bildirirəm. Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Yaxşı ki, varsınız. Hər kəsə cavab verəcəyəm", - deyə Razi vurğulayıb.