Fədayə Laçın sevgilisini HƏBSDƏN QAÇIRMASINDAN DANIŞDI...

"Çoxluq hazırda belə etdiyimə görə mənə haqq qazandırır. Xalqın sevgisini çox çətinliklə qazanmışam. O hadisədən sonra birə beş yox, birə on insanların mənə olan sevgisi, hörməti artıb. Hara gedirəmsə insanlar məni dəstəkləyir".
Qeyd edək ki, müğənni 2017-ci ildə "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədovun həbsdən qaçmasına yardım etdiyi üçün həbs edilib. Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, 29 oktyabr 2019-cu ildə azadlığa buraxılıb.