Almaniyaya iş adamının qızının toyuna gedən müğənni ölkəyə buraxılmadı - FOTO

Almaniyaya iş adamının qızının toyuna gedən müğənni ölkəyə buraxılmadı - FOTO Müğənni və aktyor Cem Belevinin başına iş gəlib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Almaniyaya toya gedən müğənni Şengen vizası olmasına baxmayaraq, ölkəyə buraxılmayıb.
Hətta hava limanında müğənnini nəzarətə götürmək istəyiblər. Cem Almaniyaya iş adamı Hüseyin Selim Kahyanın qızının toy məclisinə qatılmaq üçün gedib.

Şengen vizasında heç bir problem olmayan ifaçıya Almaniyaya girişinə icazə verilməyib, həmin gün Bremendən İstanbula bilet olmadığı bildirilərək onun nəzarətə götürmək istəyiblər.
Lakin ifaçı bunu qəbul etməyib. O Hamburqa aparılıb, oradan isə İstanbula göndərilib. Cemə Almaniyaya girişinə icazə verilməməsi səbəbi kimi viazsını Fransa konsulluğu vasitəsilə əldə etməsi göstərilib. 


Geri qayıt