Mətanət Əliverdiyeva: “Ağakərimin görüntüləri mənə atamı xatırlatdı” - VİDEO

Həmin kadrları izləyən aparıcı Mətanət Əliverdiyeva göz yaşlarını saxlaya bilməyib. O, atasının da insult keçirdiyini bildirib:
“Həmişə deyirəm ki, insan yaşlananda və xəstələnəndə uşaq kimi olur. Bu görüntü mənə öz atamı xatırlatdı. O vaxtkı kasetləri izləyəndə görürəm ki, atamı məclisə çox çətin halda gətirmişdilər. O da beyin iflici olmuşdu. Bu görüntülər mənə çox pis təsir etdi. Adam bunları izləyəndə bilmir ki, nə ifadə etsin”.
Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib.