Kirkorovun çıxışı bayram proqramından kəsilibmiş

Kirkorovun çıxışı bayram proqramından kəsilibmiş Rusiyanın "Birinci Kanalı" Xalq artisti Filipp Kirkorovla müğənni Qlükozanın çıxışalarını Milad konsertinin yayımından kəsib.
Axşam.az xəbər verir ki, Kirkorov şounu "Uçun, uçun" mahnısı ilə açmalı, Lyudmila Çebotina və Mixail Şufutinski ilə birlikdə çıxış etməli, Qlükoza isə "Мурашки" mahnısını oxumalı idi. Lakin daha sonra telekanalın rəsmi saytından onların çıxışları ilə bağlı anonslar silinib və yayımda çıxışları yer almayıb.
"Осторожно, новости" (“Diqqət, xəbərlər”) teleqram kanalı müğənilərin senzuraya məruz qalmış çıxışlarının görüntülərini yayımlayıb.
Qeyd edək ki, bundan əvvəl Kirkorov dekabrın 31-də premyerası olacaq “İvan Vasilyeviç hər şeyi dəyişir” komediyasının posterindən çıxarılıb. Reklam afişasında Leonid Qaydayın filminin remeykində "İmperator I Pyotr" rolunu oynayan sənətçinin əvəzinə hökmdar obrazında şoumen Pavel Volya yer alıb.
Həmçinin, Kirkorov üzr istəməsinə baxmayaraq Yeni il şoularından da uzaqlaşdırıb. Eyni zamanda, müğənninin adı “Taleyin özünə ironiyası” filminin aktyorları siyahısından çıxarılıb.

Geri qayıt