Zeynəb Həsəni: "Daha heç vaxt sevə bilmərəm" - VİDEO

Müğənni onsuz da heç vaxt sevə bilmədiyini vurğulayıb:
"Daha heç vaxt sevə bilmərəm. 34 yaşım var. Çox yaşamaq istəyirəm. Məndə nə uşaqlıq sevgisi olub, nə gənclik sevgisi, nə də məktəb..."
İfaçı həyatda anasından başqa heç kimi sevə bilmədiyini bildirib: "Mən bu yaşıma qədər yalnız ana sevgisini bilmişəm. Allah bütün analara sağlam can versin. Heç vaxt istəməmişəm başqa kimisə sevim. Anama qarşı sevgim o qədər çox olub ki, qarşı cinsə olan sevgimin qabağını bağlamışam. Mən ondan başqa heç nəyi sevmirdim. Bütün sevgimi anamda cəmləşdirmişdim. Mən hər zaman deyirəm ki, Allahım, anama olan sevgimi azalt".
Qeyd edək ki, Zeynəb Həsəninin anası bir müddət əvvəl xərçəng xəstəliyi səbəbindən vəfat edib.