Özcan Deniz üsyan etdi: Əxlaq gözətçisi deyiləm

Özcan Deniz üsyan etdi: Əxlaq gözətçisi deyiləm Xəbər verdiyimiz ki, baş rollarda Özcan Deniz və Özgü Namalın çəkildiyi “Qızıl qönçələr”serialının yayımı dayandırılıb.
Bakıvaxtı.azxəbər verir ki, Özcan Deniz öz instaqram hesabında sözügedən qərara etiraz edərək yazıb:
"Mən əxlaq gözətçisi deyiləm. Karyeramın ən əxlaqlı işini gördüyüm halda məni əxlaqsızlıqda günahlandırdılar. Hər şeyə rəğmən yanvarın 22-də yenidən ekranlarda olacağıq" .
Xatırladaq ki, ötən həftə Teleradio Şurası ( RTÜK) serialın nümayişinin 2 həftə dayandırılmasına və istehsalçıların əldə edilən gəlirin 3 faizi məbləğində cəzalandırılmasına qərar vermişdi.

Geri qayıt