Müğənni Nigar Camalın “Maska” verilişində aktyor Kamran Ağabalayevi qorillaya bənzətməsi cavabsız qalmayıb.
News24.az-a açıqlamasında aktyor Nigarın sözlərinə “Təəssüf ki, mən sizin haqqınızda eyni şeyi deyə bilmirəm, Nigar xanım” , - deyə münasibət bildirib. Qeyd edək ki, Nigar Qorilla maskasının altında kimin olduğunu tapmağa çalışarkən Murad Arifin “Kamran Ağabalayev də sırğa taxır” sözlərinə “O da qorillaya oxşayır”, - deyə, cavab verib.