"Mənə bütün mövzularda sual vermək olar, amma...” - Namiq Qaraçuxurlu

Namiq trendə düşən mahnılardan da söz açıb:
"Bəzən şou-biznesdə nələrsə baş verir, mən trend olan hadisələrdən qaçıram. Kimsə orada zirvə tapır, kimsə biabır olur. Trend həvəskarı olmaq qorxuludur. Bir ara mənim də beynimi doldurmuşdular. Gördüm ki, yaxşı iş aparmıram. Amma trendə düşəndə sevinirsən".
Qaraçuxurlu aparıcı Kazım Sübhanın "Namiqə hansı mövzuda sual vermək olmaz" sualına "Mənə bütün mövzularda sual vermək olar, amma cavab almaq yox. Şəxsi həyatdan başqa, xüsusi qadağam yoxdur. Hər mövzuda danışıram" cavabını verib.