Ləman Ülvira Qarayevanı məhkəməyə verir - Video

Ləman Ülvira Qarayevanı məhkəməyə verir - Video Tiktoker Ləman Vəliyeva aparıcı Ülvira Qarayevanı məhkəmə ilə hədələyib. 
Yenilik.az axşam.az-a istinadla xəbər verir ki, bu barədə o, sosial şəbəkədə canlı yayımda danışıb.
O bildirib ki, buna səbəb aparıcının efirdə Ləmanla bağlı işlətdiyi sözlər olub. 
"Əziz aparıcı, demisiniz ki, uşağını döyür, görmüşəm. Əgər həmin video paylaşılmasa, uşağımın döyüldüyü sübut olunmasa, sizi məhkəməyə verəcəyəm. Təzminat alacağam. Aparıcı olmaq o demək deyil ki, veriliş açıb, haqqımda nə gəldi deyəsiniz. Qalan şeylərə gəldikdə nə qadınlığımı, nə tərbiyəmi pozmuram. Yaxşı danışıq qabiliyyətim var. Bu gün mən o verilişdə danışılmışamsa, deməli sizin mənə ehtiyacınız var. Aparıcı olmağınız nə gəldi danışmağınıza bəraət qazandırmır".
Ülvira veriliş zamanı "Xanımın adını çəkmək istəmirəm, bu yaxınlarda hüquq-mühafizə orqanları söhbətə cəlb etmişdilər, sonra da buraxmışdılar. Uşağını efirdə necə döyürdü" sözlərini işlədib. 

Geri qayıt