Zamiqdən "Səni gözləyirəm" adlı yeni KLİP - VİDEO

Zamiqdən Müğənni Zamiq Hüseynov "Səni gözləyirəm" adlı yeni mahnıya çəkilən klipini təqdim edib.
Bəstənin sözləri İsa Mansurova, musiqisi Faiq Sücəddinova, aranjimanı isə Samir Şirinova aiddir.
Ekran işinin rejissorluğu yenə də Emin Muradova həvalə olunub. Klipdə 30 il əvvəl, Birinci Qarabağ müharibəsi zamanı bir-birini sevən iki gəncin yaşadığı dərin eşqi, saf, nostalji duyğuları, bununla belə yaşa dolsa da qovuşmaz, iztirablı sevgisi əks olunub.
Lirik nəğmə ifaçının rəsmi "YouTube" kanalına yerləşdirilib və qısa zamanda xoş rəylər alıb.


Geri qayıt