Şəbnəm Tovuzlu hakim qarşısına çıxarılır

Məhkəmədə iddiaçı qismində Şəbnəm Tapdıq, cavabdeh qismində isə Şəbnəm Tovuzlu tanınıb. Ş.Tapdıq məhkəməyə müraciət etməsini adla deyil, qarşı tərəfin ona atdığı şər və böhtanla əlaqələndirib.Qeyd edək ki, məhkəmə prosesi ötən ilin dekabrından başlasa da, Şəbnəm Tovuzlunun prosesə gəlməməsi səbəbindən baxış iclası təyin edilmirdi. 15.02.2024-cü il tarixdə isə hazırlıq iclası keçirilib və baxış iclası təyin edilib.