Elnarə özündən çıxdı: “Sizin kimi evlər dağıdım?”

Demokrat.az bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva deyib.
Sənətçi onu tənqid edənlərə səslənib:
"İncə olum, özümü incə xanım kimi göstərib, sizin kimi camaatın cibinə girim? Sizin kimi evlər dağıdım? Mən beləyəm. Mən kobudam. Mən kənd adamıyam. Sevirsən bax, sevmirsən nə məcburdur? Sənə lazımdır Elnarə?"