"Keçmiş həyat yoldaşım məni 7 otaqlı evimdən qovub"

R.Rəhmanov ayrılmalarından bəhs edib:
"Keçmiş həyat yoldaşım Ulduz xanımı boşamamışam. O, özü məndən boşanıb. Məhkəmə ilə boşananda aylarla çəkir. Yəni Ulduz məni məhkəməyə verdi, boşadı. Bilmirəm niyə Ulduz məndən boşandı. O, özü belə istədi.
Ulduz günlərin bir günü Kubinkada olan 7 otaqlı evimdən məni qovdu. Lakin o ərəfələrdə gedib orada uşaqlarımla görüşürdüm, maddi yardım edirdim. Bu qadın əgər məhkəmə yolu ilə boşanırsa və məni öz evimdən qovursa, özümə belə bir öhdəçilik götürdüm. Dedim ki, qarşıma subay bir qadın çıxsa, onunla da evlənəcəyəm. Elə də oldu.
İkinci evlilikdə bəxtim gətirdi. Artıq 30 ildir ki, evliyəm. Çox xoşbəxtəm ki, övladlarıma baxılmasında, onlara analıq etməsində də ikinci həyat yoldaşım, yəni Gülü xanımın zəhməti və əziyyəti var".
Qeyd edək ki, Emil Rəhmanoğlu ötən ilin sentyabrın 19-da 44 yaşında xəstəxanada dünyasını dəyişib. (Axşam.az)