Şəbnəm: “Rozaya böyük kimi hörmət edirik, amma...”

Sənətçi aralarında qalmaqal yaşadığı həmkarı Vəfa Şərifova ilə münasibətlərindən söz açıb. Şəbnəm onu həmkarı Roza Zərgərlinin bir zəngi ilə Vəfa ilə barışması olayını yalanlayıb. Tovuzlu bildirib ki, Şərifova ilə barışmayıb:
"Rozaya böyük kimi hörmət edirik. Heç kimlə də barışmamışam. Həmin xanım 2010-cu ildən toylara gedib, oxuyur. Çox illərin ifaçısıdır, sadəcə 3 ildir ki, tanınır. Amma məni çalışmasınlar ki, insanların gözündə yalançı çıxartmağa. Mən Vəfa ilə barışmamışam. Sadəcə Roza Zərgərli mənə onunla barışmağım üçün zəng edəndə söylədim ki, "Aramızda olan bu söz-söhbətlər bitsin və sakitçilik olsun".
Qeyd edək ki, Vəfa Şərifova sosial şəbəkə hesabında Şəbnəm Tovuzlunun onun barəsində danışdığı səs yazısını yayaraq bu məsələ ilə bağlı münasibət bildirib. Vəfa Şəbnəmin onunla mənasız ədavət apardığını söyləyib. Şəbnəm isə bu səsli mesajların "köhnə" olduğunu vurğulayıb.