Silahlı insidentin olduğu yerdə Röya konsert verəcəkmiş

Silahlı insidentin olduğu yerdə Röya konsert verəcəkmiş<br>  Moskvada “Crocus City Hall” ticarət mərkəzində silahlı insident baş verib. Nəticədə 12 nəfər həlak olub, 35 nəfər xəsarət alıb.
“Qafqazinfo”nun məlumatına görə, terror aktının törədildiyi ticarət mərkəzinin nəzdindəki “Vegas City Hall”da Xalq artisti Röya Ayxanın bu gün konserti olacaqmış.
Baş vermiş hadisə ilə əlaqədar konsert təxirə salınıb.
Konsert barədə tezliklə ictimaiyyətə məlumat veriləcək. Hazırda “Vegas Hall”da insanlar təxliyyə edilir.

Geri qayıt