Baləli meyxanaçılardan gileyləndi: “Bir-birilərinə qarşı...”

Baləli meyxanaçılardan gileyləndi: “Bir-birilərinə qarşı...” Tanınmış meyxanaçı Baləli həmkarlarından narazıdır. O, bu barədə "İncə sənət" verilində danışıb. 
 
Bu gün verilişin qonağı olan gənc meyxanaçı sənət adamlarının tez-tez hədəfə gəlməsindən şikayatlənib: "Bizim haqqımızda çox şeylər danışır, çox şeylər yazırlar. Amma mən hamısına cavab vermirəm. İnsan lazım olanda susmağı bacarmalıdır". 
 
Baləli deyib ki, meyxanaçılar arasında həmrəylik yoxduir: "Sənət adamları, o cümlədən meyxanaçılar arasında birlik, həmrəylik yoxdur. Lazım olanda bir-birilərinə dəstək vermirlər. Buna görə də sənət adamları həmişə hədəfdə olur"./Yenisabah.az

Geri qayıt