“Boynum sınardı, bu sənətə gələndə“ – VİDEO

Sənətçi bildirib ki, məşhurluq həm özünə, həm də ailəsinə bədbəxtlik gətirib:
"Allah mən Mətanəti bir daha bu dünyaya gətirsə, həyatım boyu bir də bu sənətə gəlmərəm. İstəmərəm ki, bir adam belə məni tanısın. Məşhur olmaqdan bu dünyada bədbəxt bir şey yoxdur. Buradan söyülürlər, digər tərəfdən çıxıb gülürlər. Axı, bu nə sənətdir? Mənim kimi bir insana necə şər, böhtan atıldı. Bakı balaca şəhərdir. Hamı bir-birini tanıyır. Kim reytinqə, kim paxıllığa görə bunları edir. Başıma bu cür faciə gəldi (oğlu Kərimin həyat yoldaşı Canana ilə qalmaqallı boşanmasını nəzərdə tutur - red.), onlar isə bunu öz reytinqinə görə istifadə etdilər.
Günahım bu oldu ki, bu sənətə gəldim və məşhur oldum. Kaş, gəlməyəydim... Kaş, məşhur olmazdım.
Mən cəhənnəmə, övladlarım bundan əziyyət çəkdilər. Onlara əl atdılar. Gəlib hiylə ilə evimə girdilər. Mən də saf və təmiz insan, hamıya inanmışam. Yaşadıqlarımdan sonra bütün insanlara qarşı inamım itdi. Allahdan başqa heç kimə inanmıram. Mən məşhur olmayan insanlara həsəd aparıram. Deyirəm ki, boynum sınardı, bu sənətə gələndə. Mənim qədər məşhurluqdan əziyyət çəkən yoxdur. Bu əziyyəti ən çox mən çəkirəm. Sakit yaşayan ailələrə həsəd aparıram. Mən də insanam, mən də rahat yaşamaq istəyirəm".