Aparıcı ilə xanəndə arasında qalmaqal yaşanıb

Aparıcı ilə xanəndə arasında qalmaqal yaşanıb Əməkdar artist Nigar Şabanova ilə aparıcı Lətafət Ələkbərova arasında qalmaqal yaşanıb. 


Axşam.az-ın əldə etdiyi məlumata görə, bir neçə müddətdir fəaliyyətini MTV-də davam etdirən L.Ələkbərova “Lətafətin mətbəxi” proqramına xanəndəni qonaq çağırıb. O isə gələcəyini desə də, proqrama qatılmayıb. 


Nigar daha sonra bildirib ki, verilişə gələn zaman aparıcıya zəng edib, o isə cavab verməyib. 


Bu isə aparıcı ilə müğənni arasında mübahisəyə səbəb olub. L.Ələkbərova müğənninin onun proqramdakı planlarını pozduğunu bildirib.
Geri qayıt