Mahsun Kırmızıgül: Bakıdakı bütün evlər mənimdir

“Bakıdakı bütün evlər mənimdir. Anamın doğulduğu bölgədə hələ də hotel yoxdur. İnsanlar kimdən hotel soruşsa, onu evlərinə aparıb qonaq edərlər. Mən də Bakıda özümü belə hiss edirəm. Ona görə də, mənim Azərbaycanda gedəcək qapım çoxdur. Kimə desəm ki, məni evinə apar, bilərəm ki, qonaq edər. Ona görə də, sizin hamınızı çox sevirəm”.
Qeyd edək ki, sənətçi 17 və 18 mayda Bakı Konqres Mərkəzində konsert verəcək.