Elcan buna görə evlənmədiyini açıqladı

Elcan proqramın aparıcısı, Əməkdar artist Dilarə Əliyevanın "Vaxtında evə gəlmək problemi var. Ürəyi istəyəndə təyyarəyə minir başqa ölkəyə gedir. Kefi belə istəyir. Elcan dözə bilməz ki, kimsə yaza hardasan" sözlərinə belə cavab verib:
"Anam məni başa düşür. 1 saniyəlik səs yazır, hardasan? Zəng də vurmaz. Deyir ki, oxuyar, ya da cavab verməz. Otur evdə çörəyini gözlə də. Həftədə bir dəfə də gəzməyi yerində olacaq. 6 gün işləyirəm".