"Təhsilsizəm, amma hansı universitetə getsəm dekan işləyərəm"

Meyxanaçı Balaəli yeni açıqlaması ilə marağa səbəb olub.
Yenilik.az xəbər verir ki, "Xəbər-ətər" proqramına qonaq olan sənətçi orta məktəbi bitirsə də, ali təhsil ala bilmədiyini deyib.  “Təhsil alıb şair ola bilməzsən, amma şair olub təhsil ala bilərsən”.

“Təhsil alıb şair ola bilməzsən, amma şair olub təhsil ala bilərsən. 11 illik orta təhsil almışam. İncəsənət universitetini bitirmək qismət olmayıb. Universitetə dostlarımın yanına gedib-gəlmişəm, amma ali təhsil almaq qismət olmayıb. Kasıbçılıqla böyüyən uşaq olmuşam. Artıq 36-37 yaşım var. İndi hansı universitetə getsəm, dekan işləyərəm”, - deyə o bildirib.

Geri qayıt