“Oğlumu ona verməmişəm”

O bildirib ki, Orxanı İ. Quliyevaya övladlıq verməyib:
"Mən övladımı heç kimə verməmişəm. Mən o evdə böyümüşəm. Orxan Həbib müəllimin, Tükəzban xanımın nəvəsi kimi böyüyüb. Hamı bilir ki, o, necə hökmran qadın idi. Biz evin içində bacı kimiydik. Yaş fərqimiz var idi. Orxanı rəsmi övladlığa götürməmişdi. Heç başqa cür də olmayıb. Orxan həm bizdə qalıb, həm də orada nəvə kimi yaşayıb"./olay.az