"Sənətin bu günə salınmasının birbaşa günahkarı meyxana ifaçılarıdır"

O, musiqi aləmindəki problemlərdə meyxanaçıları təqsirləndirib:
“Yenə dilimin bəlasına keçəcəm. Kaş, meyxana ifaçılarımız sözlərinin sanbalına uyğun müğənnilərlə ifa edərdilər. Onda sənət bu günə gəlib çıxmazdı. Sənətin bu günə salınmasının birbaşa günahkarı meyxana ifaçılarıdır. Sənəti olanlarla oxusaydılar...
Söz və musiqi həmişə bir olmalıdır. Amma səsi və sənəti olan insanlarla bir. İnanın ki, sənət bu qədər cılız hala gəlib çıxmazdı”.