"Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib"

Geyimlərindən danışan Abıyeva son vaxtlar açıq-saçıq libaslardan istifadə etmədiyini bildirib:
"Məşhur adamlarda qınaq olur. İstədiyin kimi yaşıya bilmirsən, geyinmirsən. Azad ruhlu insanam: geyimimdə, danışığımda özünü göstərir. Çox şey geyimlə, danışıqla deyil. Müəyyən bir vaxta qədər daha açıq geyinirdim. Son vaxtlar açıq geyinə bilmirəm. 2-3 il bundan əvvəl rahat çimərliyə gedirdim, cəmiyyət içində çimərlik geyimində olurdum. Artıq yox... Utanıram. Dənizə xaricdə gedirəm, Azərbaycanda yox. Çəkilişdən ehtiyat etmirəm, abır gəlib. Yaşın verdiyi bir şeydir, nədir bilmirəm. Amma rahat deyiləm"./axşam.az