“Köklükdən dünyamı dəyişim, amma mədəkiçiltmə ilə yox”

"Sağlamlığım hazırda yerindədir. Hər kəsdə olan şeylər var. Allah pis xəstəliklərdən qorusun. Əməliyyat etdirmərəm, qorxuram. Həyat yoldaşım da razı deyil. Bu yaxınlarda onunla söhbət etdik. Dedi, artıq arıqlamalısan. Çünki sağ dizimdə problemim var. Amma söylədi ki, mədəkiçiltmə ilə yox. Dur gəz, yeməyinə fikir ver. Demirəm, qorxunc əməliyyatdır, edənlər var. Amma mənlik deyil. Mən analiz verməyə belə getməyə qorxan adamam. Gedəndə həkimin başına oyun açıram. Panikataqım var. Düşünürəm ki, gedib analiz verərəm, orada pis nəsə çıxar. Ona görə deyirəm, qoy, həyat öz axarı ilə davam etsin. Qoy, köklükdən dünyamı dəyişim, lakin bu əməliyyatla yox. Pəhriz saxlamıram. Elə bilərlər hər oturanda bir çörəyi yeyirəm, yox. Evə 2 çörək alınır. Evdə həyat yoldaşım, mən, oğlum və bir qohumumuz bizdə qalır. Çörək bizə 4 gün bəs edəcək. Nənəm də belə idi. Kasıbçılıq idi, amma kök idi. Onun da mənim kimi ayaqları şişirdi".