Niyam Salami qarğış etdi, mikrofonunu söndürdülər: "Övladın başına daş düşsün"

Sənətçi illər əvvəl qurduğu ailəsi və xanımından söz açıb. N.Salami bildirib ki, onların uşağı xanımının bətnində tələf olub:
"Ailə - gəlinin gül atması, dəbdəbəli gəlinlik geyinməklə, rəqs etməklə, filankəs "Bentley" avtomobili ilə gəlib, məndə belə istəyirəm kimi şeylər demək deyil. Kiminsə bəhsi ilə nələrsə etmək ailə demək deyil. Ailənin təməli olmalıdır. Ailə quranda xanımıma dedim ki, sənin mənə bahalı mebelin və bahalı brilyant üzük almağın lazım deyil. Mənim brilyantım sənsən. Həyatımı brilyanta çevirən sən olmalısan. Ailəmizin alınmamasının günahı hər ikimizdə oldu. Bizim xasiyyətimiz tutmadı. Mən xanımımla nişanlanandan sonra onu sevməyə başlayırdım. Xanımımın səliqəsi, sahmanı gözəl idi. Bunu itirə bilmərəm. Bir il yarım ailəli olduq. Xasiyyət və xüsusiyyət adlı məsələ var, öyrəşməlisən, sən onun iyini belə hiss etməlisən. Bizdə bunlar olmadığı üçün ayrıldıq. Bizim övladımız olmalı idi yəni dünyaya gələcəkdi amma problemlər oldu. Xanımımın bətnində körpə tələf oldu".