Damlaya görə bu şadlıq sarayı bağlandı - VİDEO

"Qanunları və dəyərləri pozaraq hakim islam mədəniyyətinə məhəl qoymayan bu müğənni ictimai qaydalara xələl gətirmiş və əxlaqsızlığı təbliğ etmişdir. Məsələ ciddi şəkildə araşdırılır və ölçü götürüləcək", - Afaqi deyib.
Qeyd edək ki, azərbaycanlı müğənni Damlanın Ərdəbil səfəri, orada ifası və hicabsız görüntüləri sosial media kanallarında geniş yayılıb. Radikal dinçi cərəyana mənsub media kanalları bunu tənqid ediblər.