Samirə Bağırova: "Mənim kimi olan, xüsusiyyətlərimi daşıyan kişi istəmirəm"

Pravda.az xəbər verir ki, bu sözləri tanınmış psixoloq Samirə Bağırova “Radio Seans”ın efirində deyib.
“Qadın deyir ki, kişiyə ən bahalı hədiyyə aldım. Deyirəm ki, bir dəqiqə, bəs o sizə indiyə qədər nə hədiyyə edib? “Heç nə”. Bəs sən niyə ona hədiyyə almısan? “İçimdən gəlir”. Əzizim, onun niyə içindən gəlmir? “Hə, nə fərqi var, qadın, ya kişi...” Xeyr, fərqi var, sən dəyərsizləşirsən. Sən bir qadın olaraq dəyərsizləşirsən. Başa düşürsünüz? Sultan Süleymanla bağlı seriala hamı, yəqin ki, baxıb. Bəxşişi qadına kişi etməlidir. Qadın özü bəxşiş deməkdir. Sevgi, qayğı, mərhəmət, diqqət - hər şey... Qadının özü böyük bir hədiyyədir, qüvvədir”, - o bildirib.