Sevda Yahyayeva: "Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam"

"Yox, üçüncü uşaq istəmirəm. Çünki həyat yoldaşım onun çətinliyindən xəbərsizdir. Elə iki dənə bəsidir. Deyir, üçüncü uşaq olmasa, boşayacağam səni. İkisinə güclə baxırıq, üçüncünü də istəyir. Səhər gedir, axşam gəlir, Evdə baş verənlərdən xəbəri yoxdur. Allah bütün balaları saxlasın. Bütün arzusunda olanlara nəsib etsin, gözəl hislərdir. Qoy, uşaqlar dünyada xoşbəxt, sağlam, analı-atalı böyüsünlər, gözəl bəxtləri olsun, yaxşı insanlarla rastlaşsınlar. Amma mənə ikisi bəsdir".
Qeyd edək ki, Sevda həkim Zakir Bayramovla ailəlidir. Cütlüyün 2 qız övladı var.