Fəxri qarovul kimə görə düzülüb: Türkanla Zeynəb üçün?

Videogörüntüdə müğənnilər fəxri qarovulla qarşılandıqlarını bildiriblər. Onların Özbəkistanda bu şəkildə qarşılanması sosial şəbəkə izləyiciləri tərəfindən qınanılıb. İzləyicilər özbək qızlarının elmi simpoziumlara belə milli geyimdə getdiyini əlavə ediblər: "Bunlar açıq-saçıq geyiniblər, biabırçılıqdır".
Daha bir izləyici videogörüntüyə inanmadığını deyib: "Xahiş edirəm deyin ki, montajdır, yoxsa intihar edəcəm".
Məsələ ilə bağlı Özbəkistanda yaşayan azərbaycanlı sənətçi İlham Abdullayevlə əlaqə yaratdıq. O, Qaynarinfo-ya açıqlamasında bildirdi ki, görüntülər Paris-2024 Yay Olimpiya Oyunlarından qayıdan idmançıların qarşılanma mərasimindəndir:
"Özbək idmançılar Paris-2024-də 8 qızıl medal qazanıb. Həmin vaxt Özbəkistanda böyük bayram əhval-ruhiyyəsi yaşanırdı. Onları qarşılamaq üçün fəxri qarovul düzülüb. Görünür müğənnilər də həmin vaxt orada olub və hansısa tədbirə qatılıblar".Demokrat.az