Vəfa üzr istədi

Məsələ ilə bağlı sualları cavablandıran sənətçi kövrəlib:
"Qanunsuz şəkildə mahnım silindi. Məlum oldu ki, köməkçim Nadir Kərimova saatlarla zəng çatmır. Məsələni hüquq mühafizə orqanları nəzarətə götürüb. Məsələyə ciddi yanaşılır. Ona görə də bu haqda geniş açıqlama verməyi düzgün hesab etmirəm. İşçimin can güvənliyindən narahat idim".
Vəfa instaqram səhifəsinin oğurlanması haqda suallara isə belə reaksiya verib:
"İşçimə link göndəriblər ki, Vəfa xanım haqda pis video yayımlanıb. O da bilmədən linkə vurub və instaqram götürülüb. İlk ağlıma gələn Şəbnəm oldu. Amma o da övladının canına and içdi ki, mənlik deyil. Heç bir ana övladının canına yalandan and içməz, ona inanıram".
Qeyd edək ki, Şəbnəmlə Vəfa illərdir qalmaqal yaşayır. Buna səbəb Vəfanın Şəbnəmin keçmiş sevgilisi ilə birlikdə olmasıdır. Hazırda isə qalmaqalın alovlanmasına səbəb "Sən olan yer cənnətdir" mahnısı olub. Bəstəkar mahnını hər iki ifaçıya satıb.