Səidə bu həmkarlarını biabır etdi - VİDEO

Bu sözləri müğənni Səidə Sultan qonaq olduğu “Rəngarəng” verilişində deyib.
Sənətçi toy məclislərinə tez-tez çağırılması üçün qohumlar haqda mahnı oxuyan həmkarlarını efirdə biabır edib:
“Heç bir ölkədə qohum-əqrabaya aid mahnı yoxdur. Qurana and içirəm ki, yoxdur. Bir tək bu bizdə var. Müğənnilər qayınana haqqında mahnı oxuyur ki, məclisdə qayınananın gözünə girsin və ya yeznə haqqında oxuyur ki, yeznənin gözünə girsin. Axı bu nə yanaşmadır? “Şəpətə-şüpətə” janrda oxuyan qız ifaçıları efirə çıxıb deyirlər ki, “Siz şou-biznes...”
Bu anda Səidə Sultanın mikrofonu efirdə söndürülüb./Olay