Aşıq Namiq: “Aşıq Ələsgər çox ucaboy, eyni zamanda solaxay olub, bunu görən adamlar var...”

Bu barədə Pravda.az-a fikirlərini bölüşən Aşıq Namiq (Namiq Fərhadoğlu) isə deyib ki, Aşıq Ələsgəri müqayisə etmək heç kimin həddinə deyil:
“Aşıq Ələsgər aşıq sənətinin peyğəmbəridir. Ələsgərdən yuxarı aşıq yoxdur. O, aşıq sənətində dodaqdəyməz, dildönməz, qoşmalar, gəraylılar, müxəmməslərin ustadıdır. Aşıq Ələsgər haqq aşığı olub, 105 il yaşayıb. Aşıq Alı kimi ustad aşığın şagirdi olub, sənətkarlar yetişdirib. Yeganə aşıqdır ki, məktəb dərsliklərində də tədris olunur. Yerindən duran Aşıq Ələsgəri müqayisə edə bilməz. Bizim sosial şəbəkələrdə məsələlərə yanaşma tərzimiz sıfırdır. O qədər boş-bekar adamlardırlar ki, bilmirlər, kimə nə yazsınlar”.
Namiq Fərhadoğlu Aşıq Ələsgərin heykəlinin quruluşundan da danışıb: “Yəqin ki, o cür görünüşü hansısa rəssam çəkib. Heç o vaxt Aşıq Ələsgərin şəkli olmayıb. 1921-ci ildə dünyasını dəyişib. O illərdə foto o qədər də inkişaf etməyib. Mənim də ana tərəfim Göyçə mahalındandır. Aşıq Ələsgərin kiçik oğlu Aşıq Talıbın şagirdi Aşıq Cahad Göyçəli Şəmkirin Çənlibel kəndində yaşayırdı. Deyirdi ki, mən görəndə Aşıq Ələsgərin 10 yaşı var idi, ucaboy, əlləri iri bir adam idi. Yəni Aşıq Ələsgər çox ucaboy, eyni zamanda solaxay olub. Bunu görən adamlar var. Onun oğlu Aşıq Talıb bir neçə il bundan öncə dünyasını dəyişdi. Bir sözlə, Aşıq Ələsgərin heykəli hər nə formadadırsa, o, müzakirə olunası adam deyil. Ələsgər həmişə ustaddır!”
Xatırlatma: Aşıq Ələsgərin heykəlinin müəllifi Xalq rəssamı Natiq Əliyev, memarı isə Azərbaycan Rəssamlıq Akademiyasının baş müəllimi Malik Babayevdir.