“İş yerində ərinə xəyanət edir” - Müğənnidən qalmaqallı sözlər

"İlk olaraq bildirim ki, ruzini Allah-Təala verir. Bugün hansısa xanım imkanlı bəylə ailə qurar, çox keçməz pulları əllərindən çıxar. O zaman xanım nə etməlidir, boşanmalıdır?
Ailədə yük hər zaman ailə başçısı olaraq kişinin üzərinə düşür. Ailələrimizin çoxunda ailənin başçısı olan kişi xanımının işləməsinə razı deyil. Mən bunu çox gözəl qəbul edirəm. Bu da bizim mentalitetimizdən irəli gəlir. Ailəli ola-ola iş yerində ərinə xəyanət edən əxlaqsız qadınları kişilər görür və ona görə həyat yoldaşlarının işləməsinə razılıq vermirlər. Azərbaycan kişilərinin çoxunda bu səbəbdən qadına qarşı inamsızlıq yaranır. Ailədə kişi də, qadın da çalışsa təbii ki, ailənin büdcəsinin maddi durum daha da əla olar. Mən hər iki fikrə hörmətlə yanaşıram".
Müğənni qeyd edib ki, qadın nə qədər çox pul qazansa da, ərin qazancının yanında onun pulu bərəkətsizdir:
"Bunu gözəl qəbul edirəm. Yer kürəsində Azərbaycan kişiləri kimi qeyrətli, namuslu kişilər yoxdur. Bir-iki nəfər kimsə əqli cəhətdən problemlidirsə, bunu bütün kişilərə şamil etmək olmaz.
Mən özümdən danışım. Bir ayda 10 min də qazana bilirəm, amma hardan gəlib hara getdiyi bilinmir. Həyat yoldaşımın aylıq maaşı mənim qazancımdan daha bərəkətlidir. Kim ki, deyir mən kasıb oğlana və ya ailəyə ərə getmərəm, demək o artıq özünə gizlin də olsa, imkanlı "sponsor" tapıb. Yalandan bəhanələr edir ki "sponsorun" xətrinə dəyməsin".