“Borc aldığım müğənni hamının içində məni...” - VİDEO

Sənətçi bildirib ki, maddi sıxıntılar səbəbi ilə kişi həmkarından borc pul istəsə də, qarşı tərəf onu çox sayda insanın içində biabır edib:
"Bir vaxtlar əlacım kəsilmişdi. Maddı sıxıntım oldu. Bir şəxsə müraciət etdim. O şəxs millətin içində mənim üzümə vurdu. Özü də təhqir formasında. O dedi ki, mən sənə bunu etdim. Həmin şəxs kişi cinsindədir və "Əməkdar artist" fəxri adı var. O şəxs millətin, kişilərin içində mənim üzümə vurdu. Onun bu elədiklərinə cavab ayrı cür verildi. Ömür boyu varımı-yoxumu ətrafımdakılar bilməyib. Çünki onların ümud yeri mənəm. Mən həmin saniyə özümü yetirirəm ki, bacardığım qədər, özüm boğula-boğula yaşasam da, onların maddi problemlərini çözüm. Çünki mənə elə bir şeylər olunub ki, mən qarşımdakılara eləmərəm".