"Uşaq efirdəki meyxanaçıdan nə götürsün?"

"Kanallarda uşaqlar üçün saat var? Bənövşə Uşaq Xoru fəaliyyətini dayandırıb. Uşaqlarımıza efirdən bir mahnı izlədə bilmirik. Efirdə ancaq meyxana və o tipli "çaqqa-çukka" mahnıları varsa, uşaqdan nəyi tələb edirsən? Efir hər kəsin evinə girir. Amma meyxana ilə olan mahnıları bir damcı səsləndirən kimi hamısı xorla oxudu. Çünki televiziyada bunlar gedir. Günah elə televiziyadadır. Reytinqə görə həmin müğənniləri çağırırlar".