Aytən Səfərovanın paylaşımı müzakirə yaratdı

Aparıcı təbaşir yediyi görüntüləri izləyiciləri ilə bölüşüb.
"Heç vaxt düşünməzdim ki, bunu edəcəyəm. Görəndə həmin insanları az qala lağa qoyurdum. Amma, doğrudan da, bəzən orqanizmi dinləyəndə aptekdəki dərmanı yox, məhz bunu tapıb qəbul etmək məcburiyyətindəsən. Sizcə, bu, nədir? Siz indiyədək "əndirəbadi" nə yemisiniz?" deyə, o, paylaşımında yazıb.
Aytənin görüntüləri müzakirə yaradıb. (Axşam.az)