"Efirdən çıxanda səninlə danışacam": Orxandan Balaəliyə SƏRT SÖZLƏR - VİDEO

Manset.az-ın məlumatına görə, meyxanaçı Balaəli qonaq olduğu "Rəngarəng" verilişində Orxan Lökbatanlıya cavab verib:"Belə də maşınını sat, heç kimə demə. Eləmisən lap yaxşı. Bir sən bil, bir də Allah bilsin. Biz hamımız Xəyyamı çox istəyirik. Mən onun kartına bir manat da, beş manat da atsam heç kimin xəbəri olmaz. Mən yaxşılıq edəndə heç kimə demirəm".
Balaəlinin çıxışından sonra efirə zəng edən Orxan Lökbatanlı əsəblərinə hakim ola bilməyib:
"Sən maşın alverçisisən yoxsa meyxanaçı? Bizim sürdüyümüz maşından, yaşadığım həyat tərzindən ayıbdır ki, biz gedib camaatdan pul istəyirik?"
Sözügedən görüntüləri təqdim edirik: