Damla evlilik xəbərindən danışdı: “Mən cəsarətli qadınam!” - VİDEO

36 yaşlı Damla prodüseri ilə evli olmadığını deyib və insanları inandırmaq üçün oğlunun canına and içib:
"Vallah, bu xəbər səhvdir. Oğlumun canı mənim üçün çox dəyərlidir, onun canına and içirəm ki, bu, səhv xəbərdir. Ola bilər ki, biz Şamillə çox səmimi, canayaxınıq deyə kənardan bu cür başa düşülür. Əgər belə bir şey olsa, özüm deyərdim, bundan çəkinmirəm. Mən bunu gözünüzün içinə baxaraq etiraf edə biləcək ürək sahibiyəm. Mən cəsarətli xanımam".